İranda 35-ci Quran müsabiqəsi; 83 ölkənin nümayəndəsi iştirak edəcək
İranın Vəqflər və Xeyriyyə Məsələləri Təşkilatının sədri deyib: İran İslam Respublikasında 35-ci Beynəlxalq Quran Müsabiqəsində 83 ölkədən 300 nümayəndə iştirak edəcək.
Höccətülislam vəlmüslimin Əli Məhəmmədi cümə axşamı günü Qumda böyük təqlid mərcələri və alimlərlə görüşdə deyib: Bu müsabiqə əziz islam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) məbəsi ərəfəsindən 19-26 apreldə keçiriləcək.
İranın Vəqflər və Xeyriyyə Məsələləri Təşkilatının sədri 2017-ci ildə İranda 5 beynəlxalq Quran müsabiqəsinin keçirildiyini bildirərək xatırladıb: Bir çoxları bu qənaətdədir ki, bu yarışlar dünya səviyyəsində önəmlidir və Quran müsabiqələrinin anasıdır.
Höccətülislam vəlmüslimin Əli Məhəmmədi deyib: İslam dünyasının tələbələrinə aid yarışlar da 44 ölkədən iştirakçıların iştirakı ilə müxtəlif qiraət, hafizlik və təfsir sahələrində keçiriləcək.
İranın Vəqflər və Xeyriyyə Məsələləri Təşkilatının sədri həmçinin əlavə edib: Hafizlik sahəsində İslam Dünyası qadınlarının 2-ci beynəlxalq müsabiqəsi İranda bütün şəri məsələlərə riayət olunaraq keçiriləcək.