İranın dənizkənarı voleybol komandası ən güclülər sırasındadır
-
İranın dənizkənarı voleybol komandası ən güclülər sırasındadır
İranın dənizkənarı voleybol üzrə yığma komandası Yaponiya yığmasını məğlub edərək 3 və 4-cü qrupun lideri kimi Tailandda beynəlxalq turnirdə dörddə bir finala vəsiqə qazanıb.
İRİB-in məlumatına görə, ilk görüşdə Tailand yığmasını məğlub edən İranın A komandası Yaponiyanın A komandası ilə qarşılaşıb və bu komandanı məğlub edərək 3-cü qrupun lideri kimi Tailand Bir Ulduzlu Beynəlxalq turnirində səkkizliyə düşüb.
İlk yarışda Tailand 3 komandasını məğlub edən İranın B komandası isə Yaponiyanın 2-ci komandası üzərində qalib gəlib və iki ardıcıl qələbə ilə 4-cü qrupun lideri kimi dörddə bir finala vəsiqə qazanıb.
Dörddə bir final yarışları bu gün keçiriləcək.
Tailand Bir Ulduzlu Beynəlxalq turniri ötən gün 16 komandanın iştirakı ilə Satun şəhərində başlayıb.