35-ci Beynəlxalq Quran Müsabiqəsi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i303348-35_ci_beynəlxalq_quran_müsabiqəsi
84 ölkədən yüzlərlə Quran ustasının qatıldığı 35-ci Beynəlxalq Quran Müsabiqəsi davam edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 21, 2018 09:04 Asia/Baku
  • 35-ci Beynəlxalq Quran Müsabiqəsi
    35-ci Beynəlxalq Quran Müsabiqəsi

84 ölkədən yüzlərlə Quran ustasının qatıldığı 35-ci Beynəlxalq Quran Müsabiqəsi davam edir.

Bu ilki Quran müsabiqəsi "Bir kitab, bir ümmət" adı altında cümə axşamı  start götürüb. 258 iştirakçının qatıldığı müsabiqə 26 aprelə kimi davam edəcək.

Bu ilki Quranmüsabiqəsi 5 kateqoriyaya malikdir. Qadınlar, kişilər, görmə əlilləri, universitet tələbələri və dini elmlər mədrəsəsi tələbələri.

Kişilər, qadınlar və görmə əlilləri kateqoriyaları üzrə müsabiqə Tehranda, universitet və dini elmlər hövzəsi tələbələri kateqoriyası üzrə müsabiqə Qum və Məşhəd şəhərlərində keçirilir.

35-ci beynəlxalq Quran müsabiqəsi iştirakçılarının İnqilab , müqəddəs müdafiə, şəhadət və müqavimət mədəniyyəti ilə yaxından tanış olmaları üçün,  Müqəddəs Müdafiə Bağ Muzeyinə ekskursiya da təşkil edilib.