İranlı aktrisa "Red Line" kino festivalının ən yaxşı qadın oyunçusu seçildi
May 29, 2018 07:48 Asia/Baku
-
İranlı aktrisa "Red Line" kino festivalının ən yaxşı qadın oyunçusu seçildi
İranlı aktrisa Setare İskəndəri Kanadada keçirilən "Red Line" kino festivalının ən yaxşı qadın oyunçu mükafatına layiq görülüb.
İRNA-nın məlumatına görə Sara İskəndəri Kanadanın Red Line kino festivalının ən yaxşı qadın oyunçu mükafatına layiq görülüb.
Avstriyalı aktrisa Eli Trinqo və Amerikalı aktrisa Blanka Vivankus "Red Line" kino festivalının ən yaxşı qadın aktrisa nominasiyası uğrunda mübarizə aparan digər namizədlər olublar.
"Red Line" kino festivalı ayda bir dəfə keçirilir və bu festivalda müxtəlif filmlər rəqabət aparır. Bu festivalda İran filmləri Kanada, Amerika, Danimarka, Rusiya, Almaniya, İtaliya və Yeni Zelandiya filmləri ilə birgə rəqabət aparıb.