Ərdəbilli fermer Quran surəsindən ilham alaraq arıçılıqla məşğul olmağa başlayıb
-
Ərdəbilli fermer Quran surəsindən ilham alaraq arıçılıqla məşğul olmağa başlayıb
Bal arısı Quran-Kərimin önəm verdiyi varlıqlardandır. Belə ki, bir surə məhz onun adı ilə adlandırılmışdır.
Cənab Şirulla Pərəndə 11 min arıçılar ailəsinin bir üzvü və Ərdəbil vilayətində şirin sənayenin fəallarından biridir. O işini 35 il öncə 4 arı yeşiyi ilə başlamışdır.
Arıçılıqla məşğul olan Şirulla Pərəndə deyib: Ən-Nəhl surəsindən ilham alaraq bal arısı yetişdirməyə başladım. Hazırda bu arıçılıq sahəsində 20 nəfər işləyir. Allah qoysa, bu il təxminən 500 yeşik balımız olacaqdır.
Ölkənin bacarıqlı sahibkarlarından olan bu fəal öz arıçılıq sahəsinin kənarında balın çəkilməsi və qablaşdırılması sexi də yaradıb. Bu obyektdə də yeddi nəfərə iş yeri yarada bilmişdir.
İşçilərdən biri deyib: Balın şanlarının ayrılması mərhələsidir. Bu avadanlıqla onu həyata keçiririk.
başqa bir işçi isə deyib: Bu arıçılıq obyektində ildə 5 ton bal istehsal olunur. Onun kənarında bal tahinisi də istehsal edirik.
Cənab Pərəndə öz təşəbbüsü ilə bir layihədə ilk dəfə olaraq dünyada bal arısı tərəfindən istehsal olunan süd-bal tərkibini bazara təqdim edib.
Obyektin mütəxəssisi deyib: Süd-bal tərkibi arının gül tozu ilə qidalanması, arı südü, süd, zəfəran, darçın, hil, mixək qarışımı ilə istehsal olunur. Bu məhsul İsveçin Elmlər Universitetindən lazımi sertifikatı almışdır. Tənəffüs sistemi infeksiyalarının müalicəsi üçündür, enerjilidir, stressə qarşıdır, yeməyin həzm olunmasına kömək edir.
Ərdəbil vilayətində ildə 343 min yeşikdən 6 min tondan çox bal götürülür. Ərdəbil vilayətinin 400-dən çox bitki növünə malik olduğuna görə, bu bal yüksək keyfiyyətə malikdir.