İranın voleybol yığması C.Koreya komandasını məğlub edib:3-1
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i314638-İranın_voleybol_yığması_c.koreya_komandasını_məğlub_edib_3_1
İran İslam Respublikasının yığma voleybol komandası 2018-ci il voleybol liqasının beşinci həftəsində Cənubi Koreya komandasını məğlub edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 23, 2018 04:16 Asia/Baku
  • İranın voleybol yığması C.Koreya komandasını məğlub edib:3-1
    İranın voleybol yığması C.Koreya komandasını məğlub edib:3-1

İran İslam Respublikasının yığma voleybol komandası 2018-ci il voleybol liqasının beşinci həftəsində Cənubi Koreya komandasını məğlub edib.

İranın milli voleybol komandası cümə günü axşam İran, Cənubi Koreya, Bolqarıstan və Almaniya milli komandalarının iştirakı ilə Tehranda keçirilən 2018-ci il voleybol liqasının beşinci həftəsi çərçivəsində Cənubi Koreya komandasını 3-1 hesabı ilə məğlub edərək, üç xal qazanıb.

Bu görüşdən öncə Almaniya və Bolqarıstan yığmaları qarşılaşıblar. Sonda oyun 3-2 hesabı ilə Almaniya voleybolçularının xeyrinə qurtarıb.

Şənbə günü 2018-ci il voleybol liqasının beşinci həftəsinin ikinci günündə İranın milli voleybol komandası Bolqarıstan yığması ilə görüşəcək.

İranın milli voleybol komandası səkkiz məğlubiyyəti və beş qələbəsinə görə, yarışların yekun mərhələsinə vəsiqə qazana bilməyibdir.