İranın futbol yığması dünya çempionatından ayrıldı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i315306-İranın_futbol_yığması_dünya_çempionatından_ayrıldı
İranın milli futbol komandası Portoqaliya ilə yarışı 1-1 hesabı ilə və 4 imtiyazla başa vurdu və Rusiya-2018 dünya çempionatından ayrıldı.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 26, 2018 03:50 Asia/Baku
  • İranın futbol yığması dünya çempionatından ayrıldı

İranın milli futbol komandası Portoqaliya ilə yarışı 1-1 hesabı ilə və 4 imtiyazla başa vurdu və Rusiya-2018 dünya çempionatından ayrıldı.

İRNA-nın verdiyi məlumata görə, İranın yığma futbol komandası Rusiya çempionatında qrup mərhələsindəki son yarışında dünən gecə Tehran vaxtı ilə saat 22-30-da  Rusiyanın Saransk şəhəri stadionunda Portoqaliya komandası ilə yarışa başladı və çox möhtəşəm yarış nümayiş etdirərək 1-1 hesabı ilə çempionatdan ayrıldı.

İranın milli futbol komandası bu oyunla 4 imtiyaz qazandı və öz ləyaqətini nümayiş etdirsə də növbəti mərhələyə yol tapa bilmədi. 

İran komandasının qolunu Kərim Ənsarifərd 92-ci dəqiqədə penaltı nöqtəsindən reallaşdırdı. 

İran yığması Rusiya-2018 dünya çempionatında B qrupuna İspaniya, Portoqaliya və Marakeş ilə eyni qrupa düşdü.