Gülüstanda kənd turizmi - İran
-
Gülüstanda kənd turizmi - İran
Böyük şəhərlərin səs-küyündən, çirkli havasından, tıxaclarından və gündəlik qayğılarından yorulan insanlar üçün ən münasib istirahət məkanlarından biri dağların qoynunda, meşə kənarında yerləşən təmiz havalı kəndlərdir. İranın Gülüstan vilayəti məhz bu cazibələri ilə turistlərin əsas seçimlərindən biri sayılır.
Bu dar küçələrdə dolaşdıqca insan xatirələrə qapılaraq, keçmişinə səfər edir.
Bu küçədəki evlər isə öz gözəlliyi ilə göz qamaşdırır.
Kənd sakinlərindən biri deyir: “Bura gələn turistlərin özləri bəlkə də daha iri, daha moderin evlərə sahibdirlər. Amma, burda kənd həyatını təcrübə etmək onlar üçün çox maraqlıdır.”
İlk dəfə olaraq belə bir kənd həyatını təcrübə edən hər kəs, burda hiss etdiklərini hər hansı bir ləzzətə dəyişmək istəmirlər.
Bir başqa kənd sakini isə deyir: “Bura gələnlər yerli geyimlərdə şəkil çəkdirir və ya hədiyyə olaraq alıb, özləri ilə aparırlar.”
Gülüstan vilayətində, meşəlik ərazinin ortasında yerləşən Məhəmmədabad kəndində isə cənab Deyləmi turistlər üçün fərqli bir məkan yaradıb: “Burda 80 turisti qəbul etmək və ənənəvi restoranda onlara xidmət göstərmək imkanımız var.”
Əslən suriyalı olan bu gənc ailə isə Tehran sakinidir: “Yaşadığımız şəhərdə sıxlıq, tıxaclar və gündəlik qayğılar insana rahat nəfəs almaq imkanı vermir. Buna görə də istirahət etmək üçün sakit bir yerə çox ehtiyacımız var.”
Həyat yoldaşı isə deyir: “Çox gözəldir. Təmiz havası var. Çox xoşumuza gəldi.”
Riqçeşmədə bir başqa qonaq ilə də rastlaşdıq. O, İranın cənubundan, Xuzestan vilayətindən buralara qədər gəlib: “Gülüstan vilayətinin çox gözəl havası olduğunu bilirdim. Çox yer gəzmişəm. Amma, bura misilsizdir.”
Səfərimizin üçüncü ünvanı Minudəştdə yerləşən Susəng kəndidir. Bu gözəl yolda 17 km getdikdən sonra, bir başqa gözəl məkana çatırıq. Çox gözəl bir zövqə sahib olan bir xanım Susəngin gözəl təbiətində belə bir məkan yaradıb. Bu gözəl məkanın sahibi xanım əhmədidir: “Kənddə istehsal olunan əl işləri məhsulları burada satışa çıxarılır. Həmçinin, kəndlilr topladıqları zəfəran məhsulunu da burda satışa çıxarırlar. Bal və digər kənd məhsullarına da burda rast gələ bilərsiniz. Ümumilikdə isə təqribən 25 nəfər bu məkanın hesabına işlə təmin olunub.”
Turistlərdən biri deyir: “Səhər burda sadəcə bal arılarının, quşların səslərini eşidirsən. Havası isə çox təmizdir. İnsan bu gözəlliyə doya bilmir.”
Kəndlərə səfər etmək hər bir məntəqənin yerli və qədim adət-ənənələri ilə yaxından tanış olmaq üçün gözəl fürsətdir.