İsfahanın Qolpayeqan rayonunun daş qayalıqları təsvirlərinin cazibəliyi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i315776-İsfahanın_qolpayeqan_rayonunun_daş_qayalıqları_təsvirlərinin_cazibəliyi
Bəşər elə ilk dövrlərdən gördüyü işləri təsvirə çəkməyə maraq göstərmişdir. Daş qayalıqlar üzərindəki təsvirlər insanların ovçuluqla, əkinçilik, maldarlıq və kənd təsərrüfatı ilə məşğul olduqlarını əks etdirir. İsfahanın Qolpayeqan rayonunda belə daş qayalıqlara daha çox rast gəlmək mümkündür.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 29, 2018 17:02 Asia/Baku
  • İsfahanın Qolpayeqan rayonunun daş qayalıqları təsvirlərinin cazibəliyi
    İsfahanın Qolpayeqan rayonunun daş qayalıqları təsvirlərinin cazibəliyi

Bəşər elə ilk dövrlərdən gördüyü işləri təsvirə çəkməyə maraq göstərmişdir. Daş qayalıqlar üzərindəki təsvirlər insanların ovçuluqla, əkinçilik, maldarlıq və kənd təsərrüfatı ilə məşğul olduqlarını əks etdirir. İsfahanın Qolpayeqan rayonunda belə daş qayalıqlara daha çox rast gəlmək mümkündür.

Daş qayalıqlar üzərindəki təsvirlər Qolpayeqan rayonunun maraqlı cazibəliklərindən biridir.

İsfahanlı arxeoloq deyib: Qolpayeqan rayonunda daş qayalıqlar üzərindəki təsvirlər müxtəlif məkanlarda tapılıb. Amma daha əhatəli və önəmlisi Qolpayeqanın Kuçerey və Qərqab məntəqəsindədir.

Vilayətin ən böyük daş qayalıq üzərindəki təsvirləri Qolpayeqanın şimalında yerləşir.

Arxeoloqun sözlərinə görə, Qolpayeqan rayonunda 31 məntəqədə qayalıq üzərindəki təsvirlər obyekti vardır. Bu qayalıqlar ümumilikdə 36 min 500 daşdan ibarətdir.

Bu qayalıq üzərindəki təsvirlər bəşəriyyətin ov alətlərini əldə etdiyi, heyvanları əhilləşdirdiyi, sonra isə əkinçilik və kənd təsərrüfatı ilə məşğul olduğu dövrü əks etdirir.

Arxeoloq bildirib: Qayalıqlar üzərindəki təsvirlərdə əsasən ovlama səhnələri əks olunub. Bu təsvirdə gördüyünüz kimi, ovçular qulan və dağ keçisini nizə və oxla ovlamaqdadırlar.

7 min il keçmişə malik bu əsərlərin bəzisi Qolpayeqanın Kuçereyindədir. Vilayətin Mədəni İrsin Qorunması Təşkilatı onu qorumaq üçün addımlar atıb.

İsfahan vilayəti Mədəni İrsin Qorunması Təşkilatının məsul şəxsi deyib: İstər vilayətin Mədəni İrsin Qorunması Təşkilatında, istərsə də mərkəzi təşkilatda, eləcə də İrsi Araşdırmalar Mərkəzi bu istiqamətdə addımlar atırlar. Dəqiq araşdırmalar aparılır, sonda bir mərkəz yaradılaraq Qolpayeqanda daş qayalıqlar üzərindəki təsvirlərin qorunması üçün mexanizmin tətbiq olunacağına ümid edirik.

Daş qayalıqlar üzərindəki təsvirlər İranın Milli Əsərlər Siyahısında qeydə alınmışdır.

İldə 15 mindən çox turist bu daş qayalılarla yaxından tanış olur.