İranda üç yeni ana hüceyrə məhsulu satışa çıxarılıb
İyul 03, 2018 17:00 Asia/Baku
-
İranda üç yeni ana hüceyrə məhsulu satışa çıxarılıb
İranda ana hüceyrələr üzrə üç yeni məhsul satışa çıxarılıb.
İRNA-nın məlumatına görə, İran Prezidentinin Elmi məsələlər üzrə Müavinliyinin ana hüceyrələr qərargahı bildirib: Ana hüceyrələrinin bu üç məhsulu, dəri qalıqları, qatlar və dərinin cavanlaşması üçün istifadə olunur.
Ana Hüceyrələr Qərargahının texniki məsələlər üzrə direktoru Əlirza Şua Həsəni deyib: Hazırda İranda istehsalına başlanan bu üç məhsul ixrac mərhələsinə çatmayıb. Lakin onun ixracatı üçün istehsalçı şirkətlərlə işlər gedir.
Onun sözlərinə görə, hazırda İranda ana hüceyrələr üzrə 70 şirkət fəaliyyət göstərir.