Səfəvilər dövrünün ən gözəl xatirəsi
"Çehel sotun" muzey sarayında İran-İslam incəsənətinin çiçəklənməsinin kulminasiya nöqtəsini görmək olar. Məhz bu incəsənət sonralar Hindistanda dünyanın yeddili möcüzələrindən biri kimi əzəmətli Tac binası üçün bir meyar oldu.
"Çehel sotun" muzey sarayı Səfəvilər dövrünün ən gözəl xatirəsi, dünyanın ən mübarək binası. "Çehel sotun" tarixi binaların ən böyük taxta tikintisinə malikdir. On iki metr hündürlüyə malik sütunlarla.
Kişi: Sütunlar üzərində tavan görünür. Onun inşasında kiçik taxta hissələrdən istifadə olunub. Onları yapışqan və mixdan istifadə edilmədən bir-birilərinə bağlayıblar. Taxta və güzgü ilə də ikinci Şah Abbas dövründə bəzədilibdir. Bura sarayın əsas binasıdır. Padşahları qarşılama məkanı. Divar üzərindəki rəsmlər onların qüdrətinin təzahürü idi.
Kişi: Səfəvilər dövründə kulminasiya nöqtəsinə çatdı və tamamilə yerli iranlı incəsənəti görə bilərsiniz. İsfahan məktəbinin iranlı rəssamları ilə avropalılar arasında bir növ mədəniyyət əlaqəsi yarandı ki, biz burada onun təsvirinə malikik. Burada İranı və iranlıları daha da iftixarlı edən əsərləri görürük.
Kişi: Bu, əl işlərindən digər birisidir. İlməvurma sənəti, taxta üzərində görünən döymə sənəti. Əlvan boyalara malik iranlı evlərinin ənənəvi qapı və pəncərələri. İsfahanın İmam məscidinin mənbəri. Bu imarət, iranlı və ya xarici olmasından asılı olmayaraq, hər bir görəni özünə çəkir.
Xarici: İlk dəfə İranın tarixi sarayını gördüm. Sütunlar və taxta üzərində döymələr məni cəzb etdi.
Xarici: Mənim üçün bu sualdır ki, mıx və yapışqan olmadan bu sütunları bir-birilərinin üzərinə necə oturtmaq olar. Və 400 ildən sonra hələ də yaşasın.
Kişi: Hər iranlı bura gələrək, qürur hissi keçirir.