Üçüncü yer
-
Üçüncü yer
İran karateçiləri Asiya-Okeaniya yarışlarının sonunda 6 qızıl, 4 gümüş və 8 bürünc medal əldə edərək, komanda üzrə üçünçü olublar.
Ölkəmizin karateçiləri 5-ci Asiya-Okeaniya yarışlarında "Şitorio-Hayaşi" səpkisində iki gün sıx mübarizədən sonra bu yarışların xoşrəngli medallarını qazanaraq, üçüncü pillədə durublar.
Kişi məşqçi: Biz komanda üzrə üçüncü yeri əldə edə bildik. Bu iş uşaqların qeyrəti ilə müyəssər olubdur. Malayziya və İndoneziya bütövlükdə 120 idmançıya malik idilər. Lakin bizim, uşaqların fərdi komite və kata bölmələrində bütövlükdə 18 idmançımız var idi. Tina Fəttahi və Morteza Pərgər ən çox qızıl medal qazanıblar.
Tina Fəttahi: İki qızıl, bir gümüş medal almışam.
Morteza Pərgər: Fərdi görüşlərdə iki qızıl, komanda görüşlərində isə bir bürünc medal.
Gənclərin komanda üzrə kata bölməsində cənablar Ensi, Rəhimi və Pelatini qızıl medal alıblar. Yeniyetmələrin fərdi kata bölməsində də Ensi qızıl medal qazanıbdır.
Ensi: Qızıl medalla birinci yeri tutdum. Yaşlıların fərdi kata bölməsində də cənab Rəhmani gümüş və Məmduh bürünc medal aldılar. Amma qadınlar qızıla bürünüblər.
Qadın: Yaşlıların fərdi kata bölməsində birinci, komanda üzrə isə üçüncü yeri tutduq. Bu yarışların sonunda İran Malayziya və İndoneziyadan sonra minimum iştirakçı ilə maksimum medal qazanıbdır.