İndoneziya-2018 yarışlarında İran 5-ci qızıl medalını qazandı
Avq 22, 2018 12:29 Asia/Baku
-
İndoneziya-2018 yarışlarında İran 5-ci qızıl medalını qazandı
İranın taekvando yığmasının 63 kq çəki dərəcəsində idmançısı final mərhələsində çinli rəqibinə qalib gələrək Asiya oyunlarının qızın medalına layiq görülüb.
İSNA-nın verdiyi məlumata görə, Cakarta 2018 Asiya yarışlarının dördüncü günündə Mir Haşım Hüseyni final mərhələsində Çindən olan rəqibi Şuai Jaunu 17-11 hesabı ilə məğlub edərək yarışların qızıl medalını qazandı. Bu Cakarta 2018 yarışlarında İran üçün 5-ci qızıl medaldır.
18-ci Asiya Oyunları 18 avqustdan İndoneziyanın Cakarta və Palembanq şəhərlərində başlanıb və 2 sentyabra qədər davam edəcək.
Bu oyunlarda 45 Asiya ölkəsindən 11 mindən çox idmançı iştirak edir.
Teqlər