İranlı idmançılar Asiya oyunlarında daha iki medal qazanıblar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i320990-İranlı_idmançılar_asiya_oyunlarında_daha_iki_medal_qazanıblar
İranın 2018-ci il Asiya oyunlarında iştirak edən Kuraş komandasının nümayəndələri bu gün iki medal əldə ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 28, 2018 15:17 Asia/Baku
  • İranlı idmançılar Asiya oyunlarında daha iki medal qazanıblar

İranın 2018-ci il Asiya oyunlarında iştirak edən Kuraş komandasının nümayəndələri bu gün iki medal əldə ediblər.

İranın 90 kiloqram çəki dərəcəsindəki nümayəndəsi Cəfər Pəhləvani bu gün final görüşündə Özbəkistan nümayəndəsilə görüşüb və sonda gümüş medalla kifayətlənibdir.

İranın 66 kiloqramdan aşağı çəki dərəcəsindəki nümayəndəsi Qənbərəli Qənbəri isə 18-ci Asiya olyunlarında bürünc medal qazanıbdır.

İranın idman karvanı indiyədək 17 qızıl, 16 gümüş və 16 bürünc və bütövlükdə 49 medal qazanaraq, 2018-ci il Asiya oyunlarının turnir cədvəlinin 5-ci pilləsində durur.

18-ci Asiya olyunları 2018-ci il avqustun 18-dən İndoneziyanın Cakarta və Palembanq şəhərlərində keçirilir. Yarışlar sentyabrın 2-dək davam edəcək.