Cakarta 2018 Asiya oyunlarında İran karvanı 19-cu qızıl medalını qazandı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i321099-cakarta_2018_asiya_oyunlarında_İran_karvanı_19_cu_qızıl_medalını_qazandı
Cakarta 2018 Asiya oyunlarında ağırlıq tullama üzrə İranın idmançısı Ehsan Həddadi İranın bu yarışlara qatılmış karvanının 19-cu qızıl medalını qazandı.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 29, 2018 15:29 Asia/Baku
  • Cakarta 2018 Asiya oyunlarında İran karvanı 19-cu qızıl medalını qazandı
    Cakarta 2018 Asiya oyunlarında İran karvanı 19-cu qızıl medalını qazandı

Cakarta 2018 Asiya oyunlarında ağırlıq tullama üzrə İranın idmançısı Ehsan Həddadi İranın bu yarışlara qatılmış karvanının 19-cu qızıl medalını qazandı.

Ehsan Həddadi bu gün Asiya oyunlarında 4-cü yarışında 65.71 metr məsafədə ağırlıq tullayaraq 4-cü dəfə olaraq Asiya oyunlarının bu sahədəki çempion adını qazandı. 

Bu sahədə İraq və Küveyt idmançıları isə gümüş və bürünc medalları qazanıblar. 

İranın idman karvanı indiyədək 19 qızıl, 16 gümüş və 17 bürünc və bütövlükdə 52 medal qazanaraq, 2018-ci il Asiya oyunlarının turnir cədvəlinin 5-ci pilləsində durur.

18-ci Asiya olyunları 2018-ci il avqustun 18-dən İndoneziyanın Cakarta və Palembanq şəhərlərində keçirilir. Yarışlar sentyabrın 2-dək davam edəcək.