İranda sonsuzluğun müalicəsi-Reportaj
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i321174-İranda_sonsuzluğun_müalicəsi_reportaj
Ər-arvadda sonsuzluq qadına və ya kişiyə, yaxud da hər ikisinə aid ola bilər. İranda son iyirmi ildə sonsuzluğun diaqnozu və müalicəsi istiqamətində böyük addımlar atılıb. İranda embrion üzrə fəal və müvəffəq mərkəzlərdən biri İsfahan şəhərində yerləşir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 30, 2018 14:28 Asia/Baku
  • İranda sonsuzluğun müalicəsi-Reportaj

Ər-arvadda sonsuzluq qadına və ya kişiyə, yaxud da hər ikisinə aid ola bilər. İranda son iyirmi ildə sonsuzluğun diaqnozu və müalicəsi istiqamətində böyük addımlar atılıb. İranda embrion üzrə fəal və müvəffəq mərkəzlərdən biri İsfahan şəhərində yerləşir.

İran və regionda ər-arvadların 20 faizi sonsuzdur, yəni bir neçə milyon ailənin evindən uşaq səsi gəlmir.

Bura, İsfahan şəhərinin hamiləlik və sonsuzluq mərkəzidir. Bura sonsuz cütlüklərə ümid bəxş edir.

Müsahibə: Təriflərini eşitdiyim doktorlara çox ümidvar idim.

Bu gün bu mərkəzin tədqiqatçıları və həkimləri yeni üsullara nail olaraq, hamiləlik şansını artıra biliblər.

Müsahibə: Embrion uşaqlığa daxil olarkən özü bir yuva seçməlidir və bizim lazer ilə yaratdığımız kəsik hamiləlik şansınnı beş faizdən on faizədək artırır.

Görüntü cihazından istifadə edib, embriona zərər vurmadan böyümə prosesini beş günə qədər müşahidə edə bilərlər.

Müsahibə: Birnüvəli yumurtanın embrionunu görürük. Biri atadan, biri isə anadan gəlib. Az sonra ikihüceyrəli olur. Bir müddət sonra olur dördhüceyrəli. Bu minvalla zamanla irəli getsəniz, görərsiniz ki, oldu bir "blastokist". Gördüyünüz bu hissə bizim bədənimizi təşkil edir.

Müsahibə: Əgər yumurta çox və taymleps aparatlarından olarsa, hamiləlik şansı əlli faizədək də artacaqdır.

Bu mərkəzin həkimləri bu qənaətdədirlər ki, İran daxilində istehsal olunan yeni dərmanlar həm xarici dərmanlarla rəqabət edirlər, həm də çox ucuzdurlar.

Müsahibə: Dərman ölkəyə daxil olarkən gömrükdə saxlanılma mərhələsi, dərmanın gömrükdən soyuducu mərkəzlərinə və müxtəlif apteklərə köçürülməsi- bütün bunların hamısı dərmanın, xüsusilə də sonsuzluq dərmanlarının keyfiyyətinə təsir göstərir.

İsfahan hamiləlik və sonsuzluq mərkəzi. Bu mərkəzin tədqiqatçıları və həkimləri gecə-gündüz çalışırlar ki, sonsuz cütlüklərin ürəklərində ümidi yanar saxlamış olsunlar.

Bu mərkəzin elmi nailiyyətləri və təcrübəli həkimlərin uğurları hesabına daha İranda və regionda bir neçə faiz sonsuz cütlük üçün nigarançılıq yoxdur.