İran 58 medalla 5-ci yerdə durmaqda davam edir
İran nümayəndələri 18-ci Asiya olyunlarının 12-ci günündə iki gümüş və bir bürünc medal qazanaraq, medalların sayını 58-ə çatdırıblar. Onlar yarışların 5-ci pilləsində durmaqda davam edirlər.
İran idmançıları bu gün 18-ci Asiya olyunlarındakı rəqabətlərini cüdo növü ilə başlayıblar. 81 kiloqramdan aşağı çəki dərəcəsində yarışan iranlı cüdoçu Səid Molayi bu gün axşam hakimin ədalətsizliyi üzündən gümüş medal alıbdır.
73 kiloqramdan aşağı çəki dərəcəsində yarışan digər iranlı cüdoçu Mohəmməd Mohəmmədi Bərimanlu isə Şimali Koreya nümayəndəsini məğlub edərək, bürünc medal qazanıbdır.
Orta məsafəyə qaçış üzrə iranlı idmançı Əmir Moradi də Asiya oyunlarının yüngül atletika yarışlarının 1500 metr məsafəyə finalında ikinci olaraq, gümüş medal əldə edibdir.
İranın idman karvanı indiyədək 19 qızıl, 19 gümüş və 20 bürünc və bütövlükdə 58 medal qazanaraq, 2018-ci il Asiya oyunlarının turnir cədvəlinin 5-ci pilləsində durur.
İran 280 kişi və 98 qadın idmançı ilə 42 idman növündə bu yarışlarda iştirak edir.
18-ci Asiya olyunları 2018-ci il avqustun 18-dən İndoneziyanın Cakarta və Palembanq şəhərlərində keçirilir. Yarışlar sentyabrın 2-dək davam edəcək.