Məşhəd-əl-Rza, Əhli-Beyt(ə) sevərləri qəbul edir
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i321393-məşhəd_əl_rza_Əhli_beyt(ə)_sevərləri_qəbul_edir
Məşhəd-əl-Rza İmam Musa Kazim(ə)-ın mövludunun ildönümü günündə Əhli-Beyt(ə) sevərləri qəbul edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 01, 2018 16:12 Asia/Baku
  • Məşhəd-əl-Rza, Əhli-Beyt(ə) sevərləri qəbul edir
    Məşhəd-əl-Rza, Əhli-Beyt(ə) sevərləri qəbul edir

Məşhəd-əl-Rza İmam Musa Kazim(ə)-ın mövludunun ildönümü günündə Əhli-Beyt(ə) sevərləri qəbul edir.

İranın mənəvi paytaxtı İmam Rza(ə)-ın möhtərəm atasının mübarək mövlud gününün gecəsində nur və şadlıq içindədir. Səfalı Rəzəvi ziyarətgahı çırağban olubdur. Bütün səhnlərdə ud və gülab ətri dolanır. Əhli-Beyt(ə) vurğunları uzaq və yaxınlardan gəiblər ki, bu bayramı öz mövlalarına təbrik desinlər.

Mərhəmətli imamın vurğunları Rəzəvi barigahının mənəvi mühitində bir yerə toplaşaraq, öz dualarının müstəcab olmasını mehribanlıqlar imamından diləyirlər. Həmçinin bu mübarək gecədə şəhər boyunca salavat dayanacaqları qurulub və Əhli-Beyt(ə) vurğunları şərbət və şirniyyat paylayaraq, zəvvarları təbrik edirlər.

Bu gün İmam Musa Kazim(ə)-ın Kazimeyndəki pak hərəmi bu imamın lütfkarlıqlarına bağlanan yorğun insanların əmin-aman sığınacağıdır. Necə də bəxtəvərdirlər.