İranlı yazıçı Yunanıstanda mükafat qazanıb
Sen 02, 2018 09:11 Asia/Baku
-
İranlı yazıçı Yunanıstanda mükafat qazanıb
Uşaq və yeniyetmələr üzrə İranlı məşhur yazıçı Fərhad Həsənzadə Yunanıstanda İBBY-in 36-cı konqresinin mükafatına layiq görülüb.
İRİB-in verdiyi məlumata görə, Fərhad Həsənzadə "gözəl çağır məni" adlı romanına görə festivalın 5 finalisti sırasına daxil olub və sonda yazıçılara məxsus mükafatı qazanıb.
Bu tədbirdə iranlı tərcüməçi Fərzad Fərbod da "yolun sonundakı okean" adlı kitabın tərcüməsinə görə və Nazənin Abbasi kitab rəsmləri mövzusunda mükafatlandırılıblar.
Teqlər