İran voleybol üzrə dünya çempionatında birinci yerdədir
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i322930-İran_voleybol_üzrə_dünya_çempionatında_birinci_yerdədir
İran İslam Respublikası milli voleybol komandası dünən dünya çempionatı rəqabətlərində Kubaya qələbə çalıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 16, 2018 05:49 Asia/Baku
  • İran voleybol üzrə dünya çempionatında birinci yerdədir
    İran voleybol üzrə dünya çempionatında birinci yerdədir

İran İslam Respublikası milli voleybol komandası dünən dünya çempionatı rəqabətlərində Kubaya qələbə çalıb.

İRNA-nın verdiyi məlumata görə, İranın yığma voleybol komandası dünya çempionatının qrup rəqabətləri mərhələsinin üçüncü yarışında Bolqarıstanın Varna şəhərində yerli vaxtla saat 16:30-da Kuba komandası ilə yarışıb və 3-1 hesabı ilə qalib gəlib. 

İranın yığma voleybol komandası öncəki iki görüşdə də Portoriko və Bolqarıstan komandalarını məğlub etmişdi və D qrupunun cədvəlində birinci yerə keçmişdi. 

Voleybol üzrə dünya çempionat yarışları 9-30 sentyabrda İtaliya və Bolqarıstanda keçirilir. 

İranın yığma komandası ilkin mərhələdə Portoriko, Bolqarıstan, Kuba, Polşa və Finlandiya komandaları ilə yarışmalıdır.