İran təmsilçisi karate üzrə dünya liqası çempionu oldu
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i323039-İran_təmsilçisi_karate_üzrə_dünya_liqası_çempionu_oldu
İranlı karateçi Almaniyada keçirilən 6-cı karate yarışlarının qalibi olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 17, 2018 05:00 Asia/Baku
  • İran təmsilçisi karate üzrə dünya liqası çempionu oldu
    İran təmsilçisi karate üzrə dünya liqası çempionu oldu

İranlı karateçi Almaniyada keçirilən 6-cı karate yarışlarının qalibi olub.

İRİB-nin verdiyi məlumata görə, Almaniyanın paytaxtı Berlində keçirilən 6-cı dünya karate liqası yarışlarında iran təmislçisi Səccad Gənczadə +84 kq çəki dərəcəsində gürcüstanlı rəqibini məğlub edərək, qızıl medala yiyələnib.

Səccad Gənczadə daha öncə firnal mərhələsinə yüksəlmək üçün Amerika, Türkiyə, Kosovo və Xorvatiyadan olan rəqiblərinin öhdəsindən gəlmişdi.

-60 və -84 kq çəki dərəcələrində də İran təmsilçiləri bürünc medala yiyələniblər. 

Dünya Karate Liqası yarışlarında 72 ölkədən gəlmiş 763 idmançı iştirak edib.