Əli Dayi Asiya Xalqları Oyunları tarixinin ən yaxşı hücumcusu seçilib
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i324546-Əli_dayi_asiya_xalqları_oyunları_tarixinin_ən_yaxşı_hücumcusu_seçilib
İran futbolunun ulduzu Asiya Futbol Konfederasiyası saytının istifadəçiləri tərəfindən Asiya Xalqları Oyunları tarixinin ən yaxşı hücumcusu seçilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 04, 2018 10:41 Asia/Baku
  • Əli Dayi Asiya Xalqları Oyunları tarixinin ən yaxşı hücumcusu seçilib

İran futbolunun ulduzu Asiya Futbol Konfederasiyası saytının istifadəçiləri tərəfindən Asiya Xalqları Oyunları tarixinin ən yaxşı hücumcusu seçilib.

İran futbol yığmasının keçmiş ulduzu Əli Dayi Asiya Futbol Konfederasiyası saytının rəy sorğusunda səslərin 59 faizini əldə edərək, Asiya Xalqları Oyunları tarixinin ən yaxşı hücumcusu seçilibdir.

Ötən həftə, yanvarın beşindən əmirliklərdə başlanacaq 2019-cu il Asiya Xalqları Oyunlarının başlanmasına yüz gün qalmış Asiya Futbol Konfederasiyası saytı elan etdi ki, öz istifadəçilərinin səsləri ilə  bu yarışlar tarixinin ən yaxşı komandasını seçmək niyyətindədir.

Asiya Futbol Konfederasiyası saytı işin əvvəli üçün arasında Əli Dayinin adı da nəzərə çarpan Asiya Xalqları Oyunları tarixinin doqquz ən yaxşı hücumçusunun adını seçdi və istifadəçilərdən istədi ki, seçiləcək komandanın tərkibində iştirak üçün bu yarışlar tarixinin iki ən yaxşı hücumçusunu seçsinlər.

Əsas rəqabət Dayi ilə Yasir Əlqəhtani arasında olubdur ki, sonda iranlı futbol ulduzu ərəbistanlı rəqibini arxada qoyubdur.