İran bayrağı İndoneziyada Paralimpiya Oyunları şəhərciyində dalğalanıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i324549-İran_bayrağı_İndoneziyada_paralimpiya_oyunları_şəhərciyində_dalğalanıb
İran İslam Respublikası bayrağı İndoneziyanın Cakarta şəhərində Asiya Paralimpiya Oyunları şəhərciyində dalğalanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 04, 2018 11:19 Asia/Baku
  • İran bayrağı İndoneziyada Paralimpiya Oyunları şəhərciyində dalğalanıb

İran İslam Respublikası bayrağı İndoneziyanın Cakarta şəhərində Asiya Paralimpiya Oyunları şəhərciyində dalğalanıb.

Ücüncü Asiya Paralimpiya Oyunları bayrağının dalğalanması mərasimi bu gün səhər bu yarışların keçirildiyi şəhərcikdə təşkil olunub və bir neçə ölkənin, o sıradan İran İslam Respublikasının bayrağı dalğalanıbdır.

Ücüncü Cakarta Asiya Paralimpiya Oyunları mərasimi şənbə günü keçiriləcək və yarışlar rəsmi şəkildə açılacaqdır.

Oktyabrın 6-dan 13-dək keçiriləcək yarışlar 41 ölkədən 2880 idmançının iştirakı ilə 18 idman növü üzrə təşkil olunacaq.