İranlı mütəxəssislər Təyyarə mühərriki texnologiyasını öyrəniblər
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i324712-İranlı_mütəxəssislər_təyyarə_mühərriki_texnologiyasını_öyrəniblər
İran İslam Respublikası Prezident Aparatının Elm və Texnologiya bölməsinin aviasiyanın inkişafı mərkəzinin katibi deyib: İranlı mütəxəssislər təyyarə mühərrikinin istehsalı texnologiyasını öyrəniblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 06, 2018 17:20 Asia/Baku
  • İranlı mütəxəssislər Təyyarə mühərriki texnologiyasını öyrəniblər
    İranlı mütəxəssislər Təyyarə mühərriki texnologiyasını öyrəniblər

İran İslam Respublikası Prezident Aparatının Elm və Texnologiya bölməsinin aviasiyanın inkişafı mərkəzinin katibi deyib: İranlı mütəxəssislər təyyarə mühərrikinin istehsalı texnologiyasını öyrəniblər.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, Mənuçehr Məntiqi İranın Təyyarə detallarının istehsalı sahəsindəki inkişafı barədə deyib: Təyyarə beynəlxalq bir məhsul olsa da mühərrikin istehsalında daxili texniki bilikdən faydalanmaq lazımdır və İran bu biliyi əldə edib. 

Məntiqi deyib: Aviasiya sahəsində təyyarənin satın alınması və müvafiq texnologiyaların əldə olunması biri birinin kənarında baş verməlidir və təyyarə istehsal edən ölkələrin hamısı bu yolu keçiblər.