İranlı idmançılar "Cakarta-2018" Para-Asiya oyunlarında uğurla çıxış ediblər
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i325389-İranlı_idmançılar_cakarta_2018_para_asiya_oyunlarında_uğurla_çıxış_ediblər
İndoneziyada keçirilən üçüncü Para-Asiya oyunlarında İranın idman karvanı 136 medal ilə üçüncü olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 13, 2018 10:51 Asia/Baku
  • İranlı idmançılar
    İranlı idmançılar "Cakarta-2018" Para-Asiya oyunlarında uğurla çıxış ediblər

İndoneziyada keçirilən üçüncü Para-Asiya oyunlarında İranın idman karvanı 136 medal ilə üçüncü olub.

İndoneziyanın paytaxtı Cakartada keçirilən üçüncü Para-Asiya oyunlarının davamında bu gün şənbə kişilər arası basketbol yarışlarının final görüşü baş tutub. "Cakarta-2018" Para-Asiya oyunları bu görüşün başa çatması ilə öz işinə xitam verib.

İran bu yarışlarda 212 idmançı ilə iştirak edib. İranlı idmançılar İndoneziyada keçirilən Para-Asiya oyunlarında 51 qızıl, 42 gümüş və 43 bürünc medal və ümumilikdə 136 medal ilə yarışları üçüncü yerdə başa vurublar.

İranlı üzgücü Şahin İzədyar bu yarışlarda 6 qızıl və bir gümüş medal əldə edib.

Çin və Cənubi Koreya "Cakarta-2018" Para-Asiya yarışlarını müvafiq olaraq birinci və ikinci yerdə başa vurublar.