"İran kürüsü" brendi Ümümdünya Əqli Mülkiyyət Təşkilatında qeydə alındı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i325401-İran_kürüsü_brendi_Ümümdünya_Əqli_mülkiyyət_təşkilatında_qeydə_alındı
İranın Kənd Təsərrüfatı Xidmətləri Şirkətinin icraçı direktoru "İran kürüsü" brendinin Ümümdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən qeydə alınmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 13, 2018 17:43 Asia/Baku
  • "İran kürüsü" brendi Ümümdünya Əqli Mülkiyyət Təşkilatında qeydə alındı

İranın Kənd Təsərrüfatı Xidmətləri Şirkətinin icraçı direktoru "İran kürüsü" brendinin Ümümdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən qeydə alınmasından xəbər verib.

İRNA-nın məlumatına görə, Abbas Rəcayi deyib: "İran kürüsü" brendi və nişanı ilk öncə ölkə daxilində qeydə alınmışdı. İndi isə bu brend Ümümdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən də qeydə alınıb. 

Ötən dekadada Xəzər dənizində kürü balıqları ehtiyatı hədsiz ovlama nəticəsində 3 min tondan 500 tona qədər azalıb. Bu isə Xəzərin sahilində yerləşən İran, Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan üçün ciddi təhlükə siqnalı sayılı.r