Təbriz şəhəri; üzlüklü təkərlərin istehsal mərkəzi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i325881-təbriz_şəhəri_üzlüklü_təkərlərin_istehsal_mərkəzi
Yük maşınları üçün hər bir üzlüklü təkərin istehsalına 15 qalon neft sərf olunur. Bu metodda enerji resurslarından düzgün istifadə etməkləyanaşı, ekologiyanın üzərində düşən təzyiq də azalmış olur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 17, 2018 17:23 Asia/Baku
  • Təbriz şəhəri; üzlüklü təkərlərin istehsal mərkəzi
    Təbriz şəhəri; üzlüklü təkərlərin istehsal mərkəzi

Yük maşınları üçün hər bir üzlüklü təkərin istehsalına 15 qalon neft sərf olunur. Bu metodda enerji resurslarından düzgün istifadə etməkləyanaşı, ekologiyanın üzərində düşən təzyiq də azalmış olur.

Böyük bir hissəsini neftdən əldə edilən maddələr təşkil edən hər bir yeni təkərin maddi və ekoloji xərclərinin yüksək olmasını nəzərə alaraq, sənaye ölkələri işlənmiş təkər tullantıları problemini həll və onları yenidən emal etmək üçün müxtəlif metodlara üz tutublar. Nəticədə üzlük sənayesi adlı yeni bir sənaye yaranıb.

İstehsal ekserti olan cənab Hatəmi deyir: Amerika, Avroa ölkələri və Yaponiyada istifadədə olan təkərlərin 60%-ni üzlənmiş təkərlər təşkil edir. Amma, İranda bu rəqəm 5%-dir. 95%-i isə tullantı olaraq təbiətə atılır.

Bu sənaye sahəsinin və standartlarının  inkişaf etməsi bir çox inkişaf etmiş ölkədə üzlüklü təkərlərə tələbatın artmasına səbəb olub.

Halbuki, İranda hələ də bu mhümü məsələyə lazımi diqqət göstərilmir.

Təkər istehsalı üzrə müdir müavini cənab Pur Kərim deyir: Ümidvaram üzlüklü təkərlərdən istifadənin ölkədə yerinə düşməsi ilə milli sərvətin israf olması və valyutanın ölkədən çıxmasına mane ola bilək. Bir təkərin təbiətdə parçalanması 300 il zamana ehtiyaclıdır. Bu şirkət ildə 350 min ədəd üzlüklü təkər, 12 min ton təkər xəmiri və 2 min ton təkər dişi istehsal etməyə qadirdir.

Şirkətin satış müdiri Fəxripur isə deyir: Hər bir təkəri 5 dəfə üzləmək mümkündür. Bu, hər dəfə 40-50% qənaətə səbəb olur.

İşlənmiş təkərlərin üzlənilməsi əslində  yeni təkərin istehsal prosesindəki son mərhələnin təkrarlanmasıdır.

İstehsal müdiri cənab Ali deyir: Şirkətimiz isti və soyuq texnologiya əsasında üzlüklü təkər istehsalı üçün ən modern təchizatlara malikdir. Və şirkətimiz öz ehtiyacları ilə yanaşı, digər şirkətlərin də xammala olan ehtiyacını təmin edir.

Üzlüklü təkərlərin istehsal prosesində milli standartlar ilə yanaşı, Avropa standartlarına da riaət olunur və bütün lazımi yoxlamalar və sınaqlardan keçirilir.