Okt 26, 2018 11:01 Asia/Baku
  • İranın para-kanoe komandası Asiya çempionu oldu
    İranın para-kanoe komandası Asiya çempionu oldu

İranın para-kanoe komandası özbəkistanda keçirilən Asiya Çempionatının qalibi oldu.

İRNA-nın məlumatına görə, İranın para-kanoe komandası Özbəkistanda keçirilən Asiya Çempionatında 6 qızıl və 2 gümüş medal ilə Asiya çempionu olub. 

İranın 23 yaşa qədər olanlar arası milli komandası da 5 qızıl, 8 gümüş və 4 bürünc medal ilə Asiya ikincisi olub. 

İranın gənclərdən ibarət milli komandası da 3 qızıl, 2 gümüş və 5 bürünc medal ilə üçüncü olub. 

İranın milli qayıq sürmə karvanı ümumilikdə 35 medal o cümlədən 14 qızıl, 12 gümüş və  9 bürünc medal ilə Asiya Çempionatındakı iştirakını başa vurub. 

Para-kanoe yarışları 21-24 oktyabrda Özbəkistanın Səmərqənd şəhərində keçirilib. 

Teqlər