İranlı idmançı 2018-ci ilin ən sürətli adamı olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i328376-İranlı_idmançı_2018_ci_ilin_ən_sürətli_adamı_olub
Qayaya dırmaşma idmanında yarışan iranlı idmançı Reza Əlipour bu idman növü üzrə beynəlxalq federasiyanın son təsnifatına əsasən, 2018-ci ilin ən sürətli adamı kimi təqdim olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 20, 2018 13:28 Asia/Baku
  • İranlı idmançı 2018-ci ilin ən sürətli adamı olub
    İranlı idmançı 2018-ci ilin ən sürətli adamı olub

Qayaya dırmaşma idmanında yarışan iranlı idmançı Reza Əlipour bu idman növü üzrə beynəlxalq federasiyanın son təsnifatına əsasən, 2018-ci ilin ən sürətli adamı kimi təqdim olunub.

"Asiya Hepardı" ləqəbi ilə tanınan qayaya dırmaşma üzrə İran çempionu Reza Əlipour fransalı Basa Mevava və rusiyalı Dmitri Timofeyevdən yuxarıda duraraq, 2018-ci ildə dünyada "sürət" növündə ən yaxşı idmançı kimi seçilibdir.

Əlipour həm də qayaya dırmaşmanın bu növündə dünya rekordçusudur. Onun rekordu 5,48 saniyədir.

Gənc iranlı idmançı 2013-cü ildə Çində keçirilən dünya çempionatında 6, 24 saniyə rekordla sürət növündə dünya birincisi oldu. Qayaya dırmaşma üzrə beynəlxalq federasiya yüksək sürətinə görə, ona "Asiya Hepardı" ləqəbi veribdir.