COVID-19-un uşaqlarda iltihab sindromuna təsiri təsdiq olunub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i361834-covid_19_un_uşaqlarda_iltihab_sindromuna_təsiri_təsdiq_olunub
Fransalı pediatr deyir: Heç bir şübhə yoxdur ki, yeni koronavirusla uşaqları təsir altına alan «kavasaki» iltihab sindromu arasında əlaqə var.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 16, 2020 05:00 Asia/Baku
  • COVID-19-un uşaqlarda iltihab sindromuna təsiri təsdiq olunub

Fransalı pediatr deyir: Heç bir şübhə yoxdur ki, yeni koronavirusla uşaqları təsir altına alan «kavasaki» iltihab sindromu arasında əlaqə var.

SəhərAzəri xəbər verir, Fransalı pediatr Aleksandr Blu "Le Parisien" qəzeti ilə müsahibədə deyib ki, bu əlaqə epidemoloji araşdırmalardan sonra təsdiq olunubdur.

O, söyləyib: Koronavirusa milyonlarla yoluxma halı qarşısında təkcə onlarla nəfər «kavasaki»yə mübtəla olur. Yüz minlərlə uşaq arasında heç bir əlamət müşahidə olunmur. İndiyədək Amerikanın Nyu-York ştatında yeni iltihab sindromu nəticəsində üç uşaq həyatını itirib. Bu hal, «kavasaki» xəstəliyini xatırladıbdır. Onlarla uşaq da xəstəxanaya yatırılıbdır. İngiltərə, Almaniya və İsveçrədə də iltihab sindromunun əlamətləri xəbər verilibdir.