Rusiyada koronavirusa qarşı peyvənd avqustda qeydiyyatdan keçirilə bilər
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i361836-rusiyada_koronavirusa_qarşı_peyvənd_avqustda_qeydiyyatdan_keçirilə_bilər
“Rusiyada yeni növ koronavirusa (COVID-19) qarşı peyvənd avqustda qeydiyyatdan keçirilə bilər”.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 16, 2020 09:30 Asia/Baku
  • Rusiyada koronavirusa qarşı peyvənd avqustda qeydiyyatdan keçirilə bilər

“Rusiyada yeni növ koronavirusa (COVID-19) qarşı peyvənd avqustda qeydiyyatdan keçirilə bilər”.

SəhərAzəri APA-nın məlumata istinadən bildirir, bunu N. F. Hamaley adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin direktoru Aleksandr Qintsburq deyib.

“Ümid edirəm ki, hər şey plan üzrə gedəcək. Heç bir gözlənilməzlik baş verməzsə, peyvənd avqust ayında qeydiyyatdan keçirilə bilər”, - deyə A. Qintsburq azərbaycanlı jurnalist Nailə Əsgərzadənin “Rossiya 1” telekanalında yayımlanan “Təhlükəli virus 5” filmində bildirib.