Koronavirus peyvəndi ilin sonunadək hazır ola bilər
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i362350-koronavirus_peyvəndi_ilin_sonunadək_hazır_ola_bilər
Koronavirus peyvəndi noyabr-dekabr aylarınadək hazır ola bilər. 
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 27, 2020 18:29 Asia/Baku
  • Koronavirus peyvəndi ilin sonunadək hazır ola bilər

Koronavirus peyvəndi noyabr-dekabr aylarınadək hazır ola bilər. 

SəhərAzəri APA-ya istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Allergiya və İnfeksion Xəstəliklər Milli İnstitutunun direktoru Antoni Fauçi “CNN”ə müsahibəsində bildirib. Onun sözlərinə görə, ilin sonuna kimi peyvəndin hazırlanması üçün yaxşı imkanlar var.

“Düşünürəm ki, bizim yaxşı imkanımız var, əgər hər şey öz yerinə düşərsə, ilin sonunadək – noyabr-dekabr aylarınadək biz peyvəndi hazırlaya bilərik”, - A.Fauçi bildirib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı hazırda COVİD-19 virusu əleyhinə 10 peyvəndin klinik sınaqlarının həyata keçirildiyini açıqlayıb.