İranlı kinematoqraf Yaponiya festvalının mükafatçısı olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i364798-İranlı_kinematoqraf_yaponiya_festvalının_mükafatçısı_olub
İranlı kino ssenaristi Solmaz Etemad Yaponiya media incəsənətləri festivalında ən yaxşı qısametrajlı film ssenarisi bölməsinin laureatı olub.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyul 18, 2020 13:34 Asia/Baku
  • İranlı kinematoqraf Yaponiya festvalının mükafatçısı olub

İranlı kino ssenaristi Solmaz Etemad Yaponiya media incəsənətləri festivalında ən yaxşı qısametrajlı film ssenarisi bölməsinin laureatı olub.

SəhərAzəri xəbər verir, Media incəsənətləri festivalı 1997-ci ildən bəri hər il Yaponiya mədəniyyət işləri agentliyi tərəfindən keçirilir.

Solmaz Etemad rejissor Behzad Xodaveysi tərəfindən çəkilmiş “Qəfəs yoldaşı” adlı qısametrajlı filmin ssenarisini yazdığına görə, Yaponiya media incəsənətləri festivalının ən yaxşı qısametrajlı film ssenarisi bölməsinin dörd laureatından biri kimi təqdim olunub.

Bu festival öz qaliblərini, keçiriləcəyi tarixdən, yəni sentyabrın 18-dən öncə elan edəcək.