Saflor əkini
Saflor zəfəranın yerinə işlədilən çoxxassəli və çox dəyərli bir bitkidir.
Saflor astraçiçəklilər sırasından olan olduqca dəyərli bitkidir. Qida boyası kimi zəfəranın yerinə saflor ləçəklərindən istifadə, insanlar arasında geniş yayılıb. Birlikdə İranın Mərkəzi vilayətində cənab Nurinin əkin sahəsinə baş çəkirik.
Səfalı bir tarla. Safrona bürünmüş bir düz. Fermer üçün məhsuldar bir torpaq müjdəsi.
Beş il bundan öncə olardı ki, ölkənin nümunəvi fermeri kimi cənab Nuri bu torpaqda saflor becərdi.
Müsahibə: Bu il torpağımın təqribən səkkiz hektarında saflor əkmişəm. Su az işlədir. Soyuqluq gərilməsi çox azdır. Çiçəyi həm çox istehlak olunur, həm də çox yerlərdə rənginə görə, amerikan zəfəranı kimi tanınır. Toxumundan da heyvandarlıq və quşçuluqda istifadə edilir.
Elə o zamandan bəri bu kiçik kənd tarlasında istehsal və abadlıq səsi yayıldı.
Saflor, başqa sözlə, sarı çiçək, su az işlədən çoxxassəli bir bitkidir.
Müsahibə: Dərman bitkisi kimi olduqca münasib sayılır və bir çox hallarda təsirlidir. Bu bitkinin becərilməsinin önəmi ondadır ki, çeşidli xüsusiyyəti var. Xüsusən payız əkinində dəmyə formasında becərilir, çiçəyi də süni boya əldə etmək üçün istifadə edilir.
Sarı və narıncı güllərinin dərilməsindən əlavə, saflorun çəyirdəklərinin yağından da istifadə olunur.
m.k- Yağçəkmə sənayesində ondan istifadə edilir. Keyfiyyətli yağı var. Yüksək temperatura davamlıdır. Qidalanmada önəmli olan münasb turşulara malikdir.
Bu bitki əkinçilik sektorunun inkişafında böyük rol oynayır.
Saflor bitkisi az su tələbatına, məşğulluq yaratmasına və yüksək gəlir gətirməsinə görə, əkin sahələrində becərilmək üçün yaxşı bir məhsuldur.