Noy 05, 2020 18:55 Asia/Baku
  • Yuventus və Dibalanın Avropa Çempionlar Liqasındakı rekordu

Yuventus futbol klubu Avropa Çempionlar Liqasında Macarıstan nümayəndəsinin üzərində qələbə çalaraq, rekord sındırıbdır.

SəhərAzəri xəbər verir, İtaliyanın Turin şəhərini təmsil edən Yuventus dünən gecə Macarıstanın «Ferentsvaroş» klubunu 4-1 hesabı ilə məğlub edərək, ötən dörd il ərzində Avropa Çempionlar Liqasında çatmadığı bir rekorda nail oldu.

«Opta» telekanalının məlumatına görə, Yuventus sonuncu dəfə 2016-cı ildə Avropa Çempionlar Liqasında öz rəqibini dörd qol ilə məğlub edə bilmişdi. Yuventus o zaman Xorvatiyanı təmsil edən «Dinamo Zaqreb»i 4-0 hesabı ilə məğlub etməyə müvəffəq olmuşdu. İtaliya təmsilçiləri dörd ildən sonra bir daha bu rekordu baş məşqçi Andrea Pirlonun rəhbərliyi altında təkrar edə bildilər.

Həmçinin Yuventus klubunun argentinalı ulduzu Paulo Dibala bu oyunda rekordu sındıraraq, Yuventus-un tarixində altı ardıcıl futbol mövsümündə Avropa Çempionlar Liqasında «Biankoneri», başqa sözlə, Yuventus üçün qol vuran yeganə oyunçuya çevrildi.

Teqlər