FİFA-nın yeni reytinqində İranın mövqeyi müəyyənləşib
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i370646-fİfa_nın_yeni_reytinqində_İranın_mövqeyi_müəyyənləşib
Beynəlxalq Futbol Federasiyası yığma komandaların yeni təsnifatını elan edib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Dek 10, 2020 17:33 Asia/Baku
  • FİFA-nın yeni reytinqində İranın mövqeyi müəyyənləşib

Beynəlxalq Futbol Federasiyası yığma komandaların yeni təsnifatını elan edib.

SəhərAzəri xəbər verir ki, bu təsnifatda Belçika yığması birinci yerdə durur.

FİFA-nın məlumatına görə, 2020-ci ildə 352 milli oyun keçirilib. Belçika yığma komandası cari ildə öz səkkiz görüşündən altısında qalib gəlib və üçüncü il dalbadal bu təsnifatda birinci olubdur.

Fransa, Braziliya və İngiltərə də heç bir dəyişiklik olmadan ikincidən dördüncüyədək olan yerlərini qoruyub saxlayıblar.

2019-cu il ilə müqayisədə baş vermiş yeganə dəyişiklik, Portuqaliyanın beşinci yeri qazanmasıdır. İspaniya və Argentina da altıncı və yeddinci olublar.

İran İslam Respublikası heç bir dəyişiklik olmadan dünya üzrə 29-cu, Asiya üzrə isə ikinci olub.

Bu təsnifata əsasən, Asiyanın beş üstün komandası Yaponiya, İran, Cənubi Koreya, Avstraliya və Qətərdir.