Dek 20, 2020 08:35 Asia/Baku
  • Həzrət Zeynəbin (ə) həyatı və şəxsiyyəti

Həzrət Zeynəbin (ə) dünyaya gəlişi ilə bağlı tarixçilər arasında müxtəlif fikirlər var.

SəhərAzəri xəbər verir, o həzrətin dünyaya gəlişi haqqında iki versiya mövcuddur: 1) hicri-qəməri 5-ci ilin cəmadiüləvvəl ayının 5-i ("Xəsais əz-zeynəbiyyə", Seyid Nurəddin Cəzairi); 2) Bəzilərinə görə isə o həzrətin doğum günü hicri-qəməri 6-cı ilinə təsadüf etmişdir ("Zeynəb, banuyi-qəhrəmani-Kərbəla", Bint əş-Şati", səh. 16). Əlbəttə, başqa nəzzəriyyələr də mövcuddur.Onun anası həzrət Fatimə (ə), atası isə Həzrət Əlidir (ə). Bu böyük xanım Mədinə şəhərində dünyaya göz açmışdır. O, anası ilə təqribən beş-altı müddəndə yaşamışdı. Hicri-qəməri 11-ci ilin əmadiüləvvəl ayının 3-də isə anasını itirmişdir ("Müntəha əl-əmal", Şeyx Abbas Qumi; "Zeynəb bint əl-İmam əl-Əmirəlmöminin", Əli Məhəmməd Əli Dəxil, səh. 10; "Bihaar əl-ənvar", Məhəmməd Baqir Məclisi, c. 43, səh. 215).Həzrət Zeynəbin (ə) həyat yoldaşı əmisi oğlu Abdulah ibn Cəfər olmuşdur. O, islamın görkəmli şəxsiyyətlərindən və səxavəti dillər əzbəri olan insanlardandır (Zendeganiyi-həzrət Zeynəb (ə) və doxtərani-an həzrət", Seyid Haşim Rəsul Məhəllati, səh. 273).Həzrət Zeynəbin çoxlu ləqəb və künyələri olmuşdur. O həzrətin (ə) ləqəblərindən biri rəvayətlərdə "Əqilə" və ya Əqileyi-Bəni-Haşim" olaraq keçmişdir. "Əqilə" dəyərli və hörmətli qadın deməkdir (Yenə orada, səh. 270). O həzzrətin (ə) digər ləqəbləri isə Siddiqeyi-Kubra, Arifə, Alimə, Fazilə, Kamilə və Abideyi-Ali-Əli olmuşdur ("Zeynəb bint əl-İmam əl-Əmirəlmöminin", Əli Məhəmməd Əli Dəxil, səh. 11). Həzrət Zeynəb (ə) Əmirəlmöminin (ə) Mədinədə olduğu müddətdə həyat yoldaşı Abdullah ibn Cəfərlə birgə Mədinədə yaşayırdı. Həzrət Əli İslam hökumətinin paytaxtını Kufəyə keçirdikdən sonra onlar da Kufəyə köçdülər. Həzrət Zeynəb Kufədə qadınların təim-tərbiyəsi ilə məşğul olurdu (Zendeganiyi-həzrət Zeynəb (ə) və doxtərani-an həzrət", Seyid Haşim Rəsul Məhəllati, səh. 285). Həzrət Əlinin şəhadətindən sonra isə yenidən Mədinəyə qayıtdılar (Həzrət Əli hicri-qəməri 40-cı ildə Kufədə şəhid oldu. Demək, həzrət Zeynəbin (ə) bu zaman 35 yaşı var idi. Atasının şəhadətindən sonra təqribən 10 il qardaşı İmam Həsənlə (ə) birlikdə yaşadı. Hicri-qəməri 50-ci ildə İmam Həsən şəhid oldu ("Əl-İrşad", Şeyx Möfid, səh. 192).İmam Həsənin (ə) şəhadətindən sonra 10 il də digər qardaşı İmam Hüseynin (ə) imamət dönəmində yaşadı. Həzrət Zeynəbin (ə) qardaşı İmam Hüseynin (ə) imamlığı dönəmindəki həyatı ömrünün ən ağrılı-acılı dövrüdür. Həzrət Zeynəb (ə) həyatı boyu çoxlu müsibətlərlə qarşılaşmışdır. Amma onun Kərbəlada olması, o sarsıdıcı hadisələrə şahid olmaq, qardaşını, övladlarını, qardaşı uşaqlarını əldən vermək bütün ağrı-aclardan daha ələmlidir. Çünki bir gündə bütün əzizlərini, ən əsası isə qardaşı İmam Hüseyni (ə) əldən verdi. Ürəkyaxan Kərbəla faciəsi zamanı həzrət Zeynəbin (ə)  55 yaşı var idi və hicri-qəməri 62-ci ildə rəcəb ayının 14-də bazar günü gecə dünyasını dəyişdi ("Zeynəb, banuyi-qəhrəmani-Kərbəla", Bint əş-Şati", səh. 172).Əlbəttə, o həzrətin (ə) dünyasını dəyişdiyi ayla bağlı başqa fikirlər də var. Lakin məşhur versiya hicri 62-ci ilin rəcəb ayının 14-dür. Seyid Haşim Rəsul Məhəllati yazır: "Məşhur versiyaya görə, o həzrətin (ə) vəfatı hicri 62-ci ilin rəcəb ayının 14-də baş vermişdir. Yəni, Kərbəla hadisəsindən təqribən bir il yarım sonra" (Zendeganiyi-həzrət Zeynəb (ə) və doxtərani-an həzrət", Seyid Haşim Rəsul Məhəllati, səh. 285). Fikir ayrılığı isə o həzrətin vəfat etdiyi ayla bağlıdır. Bütün tarixçilər vəfat ilinin hicri 62-ci olması haqqında yekdil fikirdədirlər. Demək, bu şərafətli xanım Kərbəla faciəsindən təqribən bir il yarım sonra dünyasını dəyişmişdir.O həzrətin fəzilətləri1.    O həzrətin (ə) səbri: Şəhid Mütəhhəri bi haqda yazır: "İmam Hüseyn (ə) hərəkatında hamıdan çox dözüm və səbir dərsi verən bacısı Zeynəb (ə) olmuşdur" ("Həmaseyi-Hoseyni", c. 2, səh. 225). "Nasix ət-təvarix"də oxuyuruq: "Şübhəsiz, yaradılışdan üzü bəri peyğəmbərlər və övliyaların qadınlarından heç birində bu qədər dözüm və səbirə rast gəlməmişik" ("Nasix ət-təvarix", Xan Sepehr Abbasqulu, səh. 73).2.    O həzrətin (ə) ibadəti: "Zeynəbi-Kubra bütün əsirlik müddətində gecələri namaz qılır, ibadətlə keçirirdi" ("Müzzəmmil" surəsinin təfsiri, Şəhid Mürtəza Mütəhhəri, səh. 68). "Rəyahin əş-şəriə" kitabında oxuyuruq: "Həzrət Zeynəbin (ə) gecə ibadətləri həyatı boyunca, hətta məhərrəm ayının 11-ci gecəsi də tərk edilmədi" ("Rəyahin əş-şəriə", Zəbihullah Məhəllati, c. 3, səh. 61).3.    O həzrətin natiqliyi: Həzrət Zeynəbin (ə) Kufə və Şamda Yezid və yezdi tərəfdarlarını rüsvay edən qızğın və gözəl nitqi ən yüksək fəsahət və bəlağət nümunəsi idi. Şəhid Mütəhhəri bu haqda yazır: "Həzrət Zeynəbin (ə) Yezidin məclisindəki çıxışı dwnyanın misilsiz çıxışlarındandır" ("Fəlsəfeyi-əxlaq", Mürtəza Mütəhhəri, səh. 59.).4.    O həzrətin biliyi: Həzrət Zeynəb (ə) Kufə bazarında alovlu və məzmunlu nitq söylədikdə İmam Səccad (ə) həzrətin (ə) elmi səviyyəsini təsdiq edərək buyurdu: "Şükürlər olsun ki, sən müəllimsiz alimsən" ("Rəyahin əş-şəriə", Zəbihullah Məhəllati, c. 3, səh. 61). İmam Səccadın (ə) bu kəlamı o həzrətin (ə) ilahi biliyindən xəbər verir.5.    O həzərtin nəcibliyi: O həzrətin nəcibliyini göstərmək üçün bir məsələni xatırlatmaq kifayətdir. Aşura günü günorta onun iki oğlu şəhid olanda ayağını xeymədən bayıra buraxmadl".6.    Onun məsumluğu: "Zeynəb bint əl-İmam Əmirəlmöminin" o həzrətin (ə) məsum olduğunu qeyd edir və yazır: "Onun məsumluğu dinin zəririyyatından olmasa da o bu məqama yüksəlmişdi" ("Zeynəb bint əl-İmam əl-Əmirəlmöminin", Əli Məhəmməd Əli Dəxil, səh. 10). Bu müəllif bir neçə sübut göstərərək həzrət Zeynəbin (ə) məsum olduğunu isbatlayır.Əlqərəz qeyd etmək lazımdır ki, həzrət Zeynəbin (ə) batini və mənəvi məqamlarını heç kim yazıb qurtara bilməz ("Nasix ət-təvarix", Xan Sepehr Abbasqulu, səh. 73).İbn Əsir yazır: "Həzrət Zeynəb xalq arasında fəsahət, bəlağət, zöhd, ibadət, fəzilət, şücaət və səxavətdə atası Əliyə(ə) və anası Fatiməyə (ə) ən çox oxşayan idi".

Teqlər