İranlı futbolçu Portuqaliya liqasının ən yaxşı hücumçusu oldu
«Porto» futbol klubunun hücumçusu Mehdi Taromi Portuqaliya Liqasında on beşinci həftənin, həmçinin yanvar ayının ən yaxşı oyunçuları sırasında qərar tapıb.
SəhərAzəri xəbər verir, Portuqaliya Liqasının on beşinci həftəsi elə bir halda keçirilibdir ki, «Porto» klubu öz iranlı hücumçusu Mehdi Tarominin tək qolu ilə «Farensi» klubunu məğlub edə bilibdir.
«ligaportugal» saytı Portuqaliya Liqasının on beşinci həftəsinin ən yaxşı oyunçularını təqdim edib və Mehdi Tarominin adı onların arasındadır.
Taromi yetmiş altı tam onda dörd faiz rəy əldə edərək, həftənin ən yaxşı bombardiri seçilibdir.
Həmçinin «Goalpoint» saytının seçiminə əsasən, Mehdi Taromi Portuqaliya futbolunda yanvar ayı üzrə seçmə komandanın tərkibinə daxil edilibdir.
Yanvar ayında Portuqaliya liqası yarışlarının dörd həftəsi keçirilib. «Porto», «Pasuş de Ferreyra» və «Vitoriya Gimaraynş» ən yaxşı oyunlar nümayiş etdiriblər. Onlar seçmə komandada ən çox nümayəndəyə malikdirlər.
Taromi yanvar ayı tərkibində qərar tapmaq üçün altı tam yüzdə altmış səkkiz nömrə qazanıbdır.