Apr 14, 2021 22:55 Asia/Baku

Portuqaliyanın "Rekord" qəzeti Mehdi Tareminin Çelsiyə vurduğu qolu işıqlandıraraq, ona əjdaha ləqəbi verib.

SəhərAzəri xəbər verir kia. Portuqaliyanın Portu komandasında çıxış edən iranlı hücumçu Mehdi Taremi keçən gecə Çelsinin qapısını görməli bir qayçı zərbəsi ilə açdı və yadda qalan bər anı qeydə aldı.

Portuqaliyanın məşhur qəzeti "Rekord", Tareminin qolunu qəzetinin manşetinə çevirib və  iranlı ulduzun qol vurması haqında yazıb: "Əjdaha Çelsi qarşısında Portu üçün hər şeyi etdi. Bu iranlı əjdaha, Taremi ədalətli bir nəticə və əlbəttə ki, Çelsi qarşısında qələbə axtarırdı". 

Portu komandası dünən gecə UEFA Çempionlar Liqasının dörddə bir final mərhələsində Çelsiyə uduzaraq, yarım finala yüksələ bilmədi.

Teqlər