Apr 22, 2021 09:52 Asia/Baku
  • İran istehsalı sənədli film Londonda yarışacaq

İranlı kinoçu Mohsen Səxanın rejissorluq etdiyi "Car Wash" adlı sənədli film Beynəlxalq London Kürd Film Festivalına iştirak haqqı qazandı.

SəhərAzəri:Rejissorluğunu İranlı kinoçu Mohsen Səxa boynuna götürən "Car Wash" adlı sənədli Beynəlxalq 12.Londra Kürd Film Festivalının müsabiqə hissəsində iştirak haqqı qazandı.

"Car Wash" İranın Kürdüstan əyalətindəki Mərivan şəhərində yaşayan heyvansever bir cütlüyün həyat hekayəsini izah edir.

16 Aprel etibarilə təşkil edilən London Kürd Film Festivalı, 27 Aprelə qədər davam edəcək.

Festival bu il də pandemiya səbəbiylə film ekranını onlayn həyata keçirir.

 

Teqlər