İyun 28, 2021 12:37 Asia/Baku
  • Portuqaliya futbolu üçün Belçika qarşısında tarixi mənfi rekord qeydə alınıb

AVRO-2020-də Portuqaliyanın futbol üzrə yığma komandası üçün Belçika qarşısında tarixi mənfi rekord qeydə alınıb.

SəhərAzəri-nin məlumatına əsasən, Belçikanın milli futbol komandası dünən gecə AVRO-2020-nin 1/8 final mərhələsinin həlledici bir görüşündə Portuqaliya komandası ilə üz-üzə gəlib və 1:0 hesabı ilə qalib gələrək, 1/4 final mərhələsinə yüksəlib.

Portuqaliya mətbuatının yazdığına görə, Portuqaliya millisi Avro-2020-də 4 oyundan yalnız birində qələbə qazanıb və bu Portuqaliya millisi üçün 1984-cü ildən bəri qeydə alınan ən pis göstəricidir.

Keçən gecə, həmçinin Niderland millisi Çexiya millisi ilə üz-üzə gəlib və 2:0 hesabı ilə məğlub olaraq, kubokla çox erkən vidalaşıb.

Teqlər