İranlı ssenarist Fransanın «Zamandan irəli» mükafatını alıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i378631-İranlı_ssenarist_fransanın_zamandan_irəli_mükafatını_alıb
İranlı ssenarist Fransanın «Zamandan irəli» mükafatını alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 01, 2021 16:02 Asia/Baku
  • İranlı ssenarist Fransanın «Zamandan irəli» mükafatını alıb

İranlı ssenarist Fransanın «Zamandan irəli» mükafatını alıb.

SəhərAzəri-nin məlumatına əsasən, İman Davərinin yazdığı «Eşq, yoxsa ölüm» və «Ərğənun» ssenariləri daha çox romantika, dəhşət, cinayət və fantastik janrlara həsr olunan Fransada keçirilən üçüncü «Zamandan irəli» müsabiqəsində iştirak edib.

Öz ssenariləri ilə çox sayda festivalda iştirak etmiş Davəri bu beynəlxalq müsabiqənin ən yaxşı ssenari mükafatına layiq görülüb.

Fransanın «Cine Cine» müəssisəsinin nəzarəti altında keçirilən «Zamandan irəli» müsabiqəsi «Imdb.com» vebsaytı tərəfindən təsdiq olunur.

Müsabiqənin üçüncü dövrəsi anlayn şəklində keçirilir.