İranın çimərlik voleybolçuları finalist olublar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i379084-İranın_çimərlik_voleybolçuları_finalist_olublar
İranın çimərlik voleybolu komandası Asiya finalına vəsiqə qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 15, 2021 12:34 Asia/Baku
  • çimərlik
    çimərlik

İranın çimərlik voleybolu komandası Asiya finalına vəsiqə qazanıb.

SəhərAzəri-nin məlumatına əsasən, İranın “A” çimərlik voleybolu komandası Tailand yığmasını məğlub edərək, Asiya üzrə kişilərin 21 yaşından aşağı çempionatının filnalına vəsiqə qazanıb.

Çimərlik voleybolu üzrə kişilərin 21 yaşından aşağı dördüncü Asiya çempionatının yarımfinal mərhələsi iki görüşlə keçirilib.

İranın “A” çimərlik voleybolu komandası bu etapda yarışlara ev sahibliyi edən “Tailand 2” yığma komandasını iki-bir hesabı ilə məğlub edib.

Digər yarımfinal görüşü Tailand-1 və Tailand-3 komandaları arasında keçirilib. Tailand-1 komandası Tailand-3 komandasını iki-bir hesabı ilə məğlub edib və finala vəsiqə qazanıb.

Çimərlik voleybolu üzrə kişilərin 21 yaşından aşağı Asiya çempionatının filnal və sıralama görüşləri bu gün Tailandın “Naxonpathom” şəhərində izləniləcək.