İranlı rejissor Venesiya Film Festivalının Üfüqlər hissəsinin hakimi olub
İyul 21, 2021 19:25 Asia/Baku
İranlı rejissor Venesiya Film Festivalının Üfüqlər hissəsinin münsiflər heyətinə üzv seçilib.
SəhərAzəri-nin məlumatına əsasən, Venesiya Beynəlxalq Film Festivalının müsabiqə və üfüqlər hissəsinin hakimlərinin adları açıqlanıb. İranın tanınmış rejissoru Şəhram Mokrinin adı isə bu festivalın Üfüqlər hissəsinin hakimləri arasında yer alıb.
Mokri bundan əvvəl, "Balıq və pişik" filminə görə, Venesiya Film Festivalının həmin "Üfüqlər" hissəsində xüsusi mükafata layiq görülmüşdü.
78-ci Venesiya Film Festivalı cari ildə sentyabrın 1-dən 11-dək keçiriləcək.