Havana dünyada ilk dəfə uşaqlara vaksin vurdu
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i380838-havana_dünyada_ilk_dəfə_uşaqlara_vaksin_vurdu
Kuba bazar ertəsi günü dünyada ilk dəfə iki yaşından on bir yaşınadək olan uşaqların vaksinasiyasına başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 07, 2021 07:43 Asia/Baku
  • Havana dünyada ilk dəfə uşaqlara vaksin vurdu

Kuba bazar ertəsi günü dünyada ilk dəfə iki yaşından on bir yaşınadək olan uşaqların vaksinasiyasına başlayıb.

SəhərAzəri-nin verdiyi məlumata görə, on bir milyon iki yüz min nəfərlik əhalisi olan Kuba, əksər hissəsi 2020-ci ilin martından bağlanmış məktəblərin açılmasından qabaq bu ölkədəki bütün uşaqları vaksinasiya etmək niyyətindədir.

Kuba Abdala və Soprana vaksinləri ilə azyaşlılar üzərindəki klinik testləri təkmilləşdirdikdən sonra cümə günü on iki yaşından yuxarı uşaqların peyvənd edilməsi kampaniyasına başlayıb.

Kuba həmçinin bazar ertəsi günündən etibarən, iki yaşından on bir yaşınadək olan uşaqların vaksinasiyasına başlayıb.

Kubadan başqa, indiyədək dünyada bir neçə digər ölkə on iki yaşında olan uşaqların peyvəndlənməsinə başlayıb. Onların bəziləri, daha kiçik uşaqlar üzərində test aparırlar.

Kuba ötən ay bu ölkə alimlərinin istehsal etdikləri «Abdala» peyvəndindən əlavə, «Soprana 02» və «Soprana plyus» adlı iki vaksindən fövqəladə istifadəyə dair lisenziyanı qəbul etdi.

Kubalı alimlər Vaşinqtonun Havanaya qarşı sanksiyalarının şiddətlənməsi fonunda COVID-19-a qarşı «Abdala» peyvəndini istehsal etməyə müvəffəq olublar.