«Real»ın müsəlman ulduzunun parlaq göstəricisi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i381423-real_ın_müsəlman_ulduzunun_parlaq_göstəricisi
Dünən gecə Madridin Real futbol komandası Benzemanın bir daha uğurlu çıxışı ilə, çoxqollu qələbə qazandı və bu müsəlman ulduz misilsiz bir göstəricini qeydə aldırdı.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 24, 2021 15:41 Asia/Baku
  • Benzema
    Benzema

Dünən gecə Madridin Real futbol komandası Benzemanın bir daha uğurlu çıxışı ilə, çoxqollu qələbə qazandı və bu müsəlman ulduz misilsiz bir göstəricini qeydə aldırdı.

SəhərAzəri-nin məlumatına əsasən, Kərim Benzema yenə də Real üçün qol vurdu və Avropa futbol yarışlarının bu mövsümündə heyrətləndirici bir göstəriciyə nail olmağı bacardı.

Benzema dünən gecə La-Liqada özünün iki yüzüncü qolunu vurdu və La-Liqanın tarixində on ən yaxşı bombardirin sırasında yer aldı.

O, bu mövsümdə altı oyunda on beş qolun vurulmasında təsirli olub. Belə ki, Benzema səkkiz qol vurub, yeddi qol ötürməsi veribdir. O, Avropa yarışlarında ən təsirli oyunçu adını alıbdır.

Benzema bu mövsümdə səkkiz qol vurub, yəni onun qollarının sayı, Barselona klubunun qollarının sayına bərabərdir.