Noy 14, 2021 15:48 Asia/Baku
  • İngiltərənin futbol üzrə birinci liqası
    İngiltərənin futbol üzrə birinci liqası

İngiltərənin futbol üzrə birinci liqasının 17-ci həftəsi dünən gecə başa çatıb.

SəhərAzəri-nin məlumatına əsasən, “Uikom Uonderers” komandası “doğma divarlar arxasında” “Portsmut” klubuna məğlub olub.

İran əslli, ingilis müdafiəçi Rayan-Sirus Təfəzzüli bu oyunda “Uikom Uonderers” komandasının tərkibində tam şəkildə oynayıb.

Digər mühüm oyunda “Plimut” klubu öz evində 4-1 hesabı ilə “Akkrinqton Stenli” komandasına qalib gəlib.

İngiltərənin futbol üzrə birinci liqasında “Plimut” klubu 36 xalla yarış cədvəlinə başçılıq edir.

“Uiqan Atletik” komandası 34 xalla ikincidir. 17 müsbət top fərqinə malik olan “Roterem Yunayted” klubu ilə beş top fərqinə malik olan “Uikom Uonderers” komandası 31 xalla üçüncü və dördüncü yerlərə sahib çıxıblar.

 

Teqlər