Dek 08, 2021 13:35 Asia/Baku
  • Gerayi və Zare
    Gerayi və Zare

Beynəlxalq Güləş Federasiyası öz saytında İranın iki güləşçisinin parlaq fəaliyyətinə nəzər salıb.

SəhərAzəri-nin məlumatına əsasən, İrandan Məhəmmədrza Gerayi, Əmirhüseyn Zare, Almaniyadan isə Alin Foken ilin ən yaxşı güləşçiləri kimi təqdim olunublar.

Beynəlxalq Güləş Federasiyası bu haqda belə yazıb: Gerayi öz fəaliyyət keçmişində dünya və ya olimpiya medallarına malik olmadan 2021-ci ilə daxil oldu. «Buz adam» kimi tanınan bu 25 yaşlı idmançı Tokio olimpiya medalını əldə etdi və özünün 2021-ci ilini Osloda çempionluqla başa vurdu.

İyirmi yaşlı güləşçi Əmirhüseyn Zare isə böyük bir ili arxada qoydu. Tokioda olimpiya bürünc medalını əldə edən Zare Norveç dünya çempionatında Gürcüstandan olan Geno Petriaşvilini və olimpiya qızıl medalının sahibi Taha Akgülü ağır çəkili güləşçilərin yarışında məğlub etdi və qızıl medal qazandı.

 

Teqlər