Qocalmanı ləndigən ən yaxşı vasitə məlum oldu
Yaşıl çay sağlamlıq üçün böyük faydası olan antioksidanlarla zəngindir. Onlar xüsusən bədənin immun sistemini gücləndirir, iltihabı azaldır və dərinin təravətli görünməsinə səbəb olan kollagen sintezini hərəkətə gətirir.
SəhərAzəri-nin məlumatına əsasən, Amerikalı dietoloq qocalmanın ləngiməsinə kömək edən bir məhsulun adını çəkib.
Korteni Di Ancelo bildirib ki, bu qəbildən ən yaxşı spirtsiz içki, yaşıl çaydır.
Dietoloq qeyd edib ki, bu cür sağlam vasitədən ifrat istifadə əks nəticələr verə bilər və yaxşı olardı ki, yaşıl çayı çox içməyəsəniz, zira tərkibində kofein var və kofeinin həddindən artıq istehlakı bir çox mənfi təsirə malikdir.
Bundan öncə dietoloqlar ispanağı görmə və sümük sağlamlığına müsbət təsir edə biləcək bir qida kimi təqdim etmişdilər. Ürək problemlərinin və ikinci dərəcəli diabetin baş verməsinin qarşısını alan yaşıl çay da oxşar xüsusiyyətlərə malikdir.