Apr 19, 2022 15:36 Asia/Baku
  • Ay raketinin yanacaq doldurması uğursuz qalıb

NASA insanları Aya aparmalı olan Ay super-raketini zəruri təmir üçün montaj məkanına qaytaracaq.

SəhərAzəri-nin məlumatına əsasən, NASA yanacaqdoldurma sahəsindəki bir neçə uğursuz cəhddən sonra “kosmik atış sistemi” adlı Ay super-raketini buraxılış meydançasından aşağı endirib.

Bu təşkilatın rəsmiləri bazar ertəsi günü deyiblər ki, NASA-nın Ay super-raketi təmir üçün gələn həftə öz montaj binasına geri qaytarılacaq və Aya olacaq ilk ekipajsız sınaq atışı tarixini cari ilin yay fəslinin sonlarına təxirə salacaq.

NASA aprelin birində, maye yanacaq daşıdığı üçün "yaş paltar məşqi" adlandırılan əməliyyatın əsas sınağını uğursuz şəkildə həyata keçirdi. Bu metodda məqsəd, buraxılış əməliyyatının həyata keçirilməsidir.

Hazırda NASA qrupları bir neçə texniki problemlə üzləşiblər. Bu problemlər tez alışan maye hidrogenin sızmasına və raketin yanacaqla doldurulmasına mane olan qüsurlu klapana şamil olur.

 

Teqlər